featured-image-29340

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinə yekun vurulub.

Msport.az xəbər verir ki, Azərbaycan millisi bürünc medal uğrunda görüşdə  Qazaxıstan komandası ilə 2:2 hesabı ilə bərabərə qalsa da,  oyunsonrası penaltilər seriyasında məğlub olub. Elşad Quliyevin komandası turniri 4-cü yerdə başa vurub.

Finalda Serbiya və Çexiya seçmələri üz-üzə gəlib. Çexiyalılar rəqibini 4:3 hesabı ilə məğlub edərək, beynəlxalq turnirin qalibi olublar. Serbiya komandası isə gümüş mükafata yiyələnib.

Bənzər xəbərlər