featured-image-29247

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində pley-off mərhələsi start götürüb.

Msport.az xəbər verir ki,  Azərbaycan millisi Fransa ilə üz-üzə gəlib. Görüş Elşad Quliyevin yetirmələrinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Fransızlar hesabı açsalar da, ikinci hissədə rəqib qapısından 3 top keçirən Azərbaycan yığması 3:2 hesabı ilə qalib gəlib.

Bununla da milli turnirin yarımfinalına vəsiqə qazanıb. Komanda bu gün saat 20:00-da Serbiya ilə finala vəsiqə qazanmaq uğrunda qarşılaşacaq.

Bənzər xəbərlər