featured-image-29067

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol turniri keçirilir.

Msport.az xəbər verir ki, Azərbaycan milli komandası turnirə heç-heçə ilə başlayıb. Yığmamız A qrupunun ilk turunda Çexiya seçməsi ilə qarşılaşıb.

Bakı Tennis Akademiyasında baş tutan görüşdə qapılara qol vurulmayıb.

Bu qrupun ilk matçında Serbiya millisi Gürcüstana minimal hesabla qalib gəlib – 1:0.

B qrupunda da iki qarşılaşma baş tutub. Ukrayna Qazaxıstana minimal hesabla uduzubsa, Fransa yığması Cənubi Afrikaya böyük hesabla qalib gəlib.

Bu gün turnirdə ikinci oyun günüdür. Bir görüş artıq başa çatıb. B qrupunda yer alan Türkiyə və Ukrayna yığmalarının görüşündə ukraynalılar 3:2 hesablı qələbə qazanıblar.

Bu gün B qrupu çərçivəsində Qazaxıstan – Cənubi Afrika və Türkiyə – Fransa matçları da olacaq. A qrupunda isə İtaliya – Gürcüstan, Serbiya – Çexiya və Azərbaycan – İtaliya görüşləri keçiriləcək.

Turnirə mayın 6-da yekun vurulacaq.

1 may

A qrupu
Azərbaycan – Çexiya 0:0
Serbiya – Gürcüstan 1:0

B qrupu

Ukrayna – Qazaxıstan 0:1
Fransa – Cənubi Afrika 11:0

2 may

Türkiyə – Ukrayna 2:3

Bənzər xəbərlər