featured-image-29042

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyunlar keçiriləcək.

Msport.az xəbər verir ki,  Bakı Tennis Akademiyasında təşkil olunan yarışda 6 matç baş tutacaq.

A və B qruplarında əvvəlcə II turun görüşləri oynanılacaq. Eyni zamanda, hər qrupda III turun da bir görüşü təşkil ediləcək. A qrupunda İtaliya, B qrupunda isə Türkiyə yığması iki oyun keçirəcək.

A mübarizə aparan Azərbaycan millisi günün son qarşılaşmasında meydana çıxacaq. İlk turda Çexiya ilə qolsuz bərabərə qalan yığmamız bu dəfə İtaliya seçməsi ilə üz-üzə gələcək.

Beynəlxalq Minifutbol Turniri
2 may
A qrupu

12:30. İtaliya – Gürcüstan

15:30. Serbiya – Çexiya

20:30. Azərbaycan – İtaliya

B qrupu

11:00. Türkiyə – Ukrayna

14:00. Qazaxıstan – CAR

19:00. Türkiyə – Fransa

Bənzər xəbərlər