Millimiz Kosovodan 8 top buraxdı
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2-ci oyununa çıxıb.
Msport.az xəbər verir ki, millimiz Kosovo yığmasına böyük hesabla uduzub – 3:8.
U-17 ilk oyunda İrlandiyaya 0:16 hesabı ilə məğlub olmuşdu.
Azərbaycan U-17 millisi seçmə mərhələdə növbəti oyununu oktyabrın 4-də Albaniya yığmasına qarşı keçirəcək.
Avropa çempionatı, seçmə mərhələ
B1 qrupu
Kosovo – Azərbaycan – 8:3
Qollar: Qollaku, 1, 33, 90+3, Caferray, 63, 79, Kuçi, 72, 81, Mehmeti, 90+4 – Sabina Şarafxanova, 7, Sara Səlimli, 45, Suel Polikarpova, 59







