featured-image-38164

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Msport.az xəbər verir ki, yığma ilk görüşünə səfərdə çıxıb.

Komanda Skopyedə Şimali Makedoniya ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 40:17.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 14-də Bakı İdman Sarayında İspaniya, 2024-cü il fevralın 28-də isə Litva ilə qarşılaşacaq.

Bənzər xəbərlər