Millimiz nəhayət ki, qələbə qazandı
Çimərlik futbolu üzrə milli komandamız Bakıda keçirilən dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, Zeynal Zeynalovun komandası Litva seçməsi ilə qarşılaşıb.
Görüş millimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmamızın heyətində Orxan Məmmədov, Ramil Əliyev və Elşad Manafov fərqləniblər.
Sabah komandamız İsveçrə ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəlki bütün görüşlərdə uduzmuşdu.







