featured-image-41761

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Polşanın Qojuv-Velkopolski şəhərinə yola düşüb.

Msport.az xəbər verir ki, Səbuhi Əliyevin rəhbərlik etdiyi komanda Latviya, Ukrayna, Estoniya və ev sahibi Polşa kollektivləri ilə üz-üzə gələcək.

Yığmamız ilk matçını yanvarın 11-də Estoniyaya qarşı keçirəcək.

U-20 millimizin heyəti:

Oyunçular: Cəlilov Camal, Qəhrəmanlı Rəvan, Quliyev Camal, Qasımov Oqtay, Hüseynli Rəvan, İsmayılzadə Əziz, Qasımov Nihad, Bağırov Ramiz, Əhmədov Səid, Nəbiyev Natiq, Xəlilov Həsən, Hüseynli Kamil, Həsənov Riyad, Hacıyev Azay

Qeyd edək ki, 10-14 yanvar tarixlərində baş tutacaq yarış “AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Bənzər xəbərlər