Millimiz Qazaxıstana yollandı
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq toplanışa qatılmaq üçün Qazaxıstana yollanıblar.
Msport.az xəbər verir ki, millinin heyətində 6 idmançı yer alıb.
Bunlar Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Rüstəm Hacılıdır. Onlar baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə fevralın 4-dən 13-dək Almatıda Qazaxıstan millisi ilə birgə təlim-məşq toplanışında iştirak edəcəklər.
Qeyd edək ki, toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.