featured-image-29197

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində qrup mərhələsinə yekun vurulub.

Msport.az xəbər verir ki, son oyunda Azərbaycan millisi meydana çıxıb.

Yığmamız Serbiya seçməsi ilə qarşılaşıb.Oyunda hesab açılmayıb. Azərbaycan millisi A qrupunu 8 xalla üçüncü yerdə başa vurub.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv mayın 5-də əvvəlcə pley-off oyununda digər qrupun ikincisi olan Fransa ilə görüşəcək.Bu cütün qalibi həmin gün yarımfinalda Qazaxıstanla qarşılaşacaq.

Bənzər xəbərlər