Millimiz Türkiyə ilə qarşılaşacaq
İyunun 1-dən 20-dək Bakıda çimərlik futbolu üzrə Azərbaycan milli komandasının toplanışı olacaq.
Msport.az AFFA-ya istinadən xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iyunun 1-də və 3-də Türkiyə yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşma Su İdman Sarayının çimərlik meydançasında olacaq. Oyunlar saat 17:30-da başlayacaq. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısı:
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Emil Həsənzadə
Kamran Qürbətov







