featured-image-28614

17 yaşlılardan ibarət milli komandamız UEFA İnkişat turnirində iştirak edəcək. Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarış mayın 1-dən 7-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək.

Millimiz turnirdə meydan sahibləri ilə yanaşı, Farer adaları və Moldova seçmələri ilə də qarşılaşacaq.
U-17-nin yarışdakı təqvimi
Farer adaları – Azərbaycan
2 may. “House of Football” Stadium. Saat 13:00
Albaniya – Azərbaycan
4 may. “House of Football” Stadium. Saat 19:00
Azərbaycan – Moldova
7 may. “House of Football” Stadium. Saat 13:00
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Bənzər xəbərlər