Millimiz yenə darmadağın oldu
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki növbəti oyununda Kosovo ilə üz-üzə gəlib.
Msport.az xəbər verir ki, B Liqasının B1 qrupunun matçı rəqibin 8:3 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, Azərbaycanın U-17 millisi növbəti matçını oktyabrın 4-də Albaniyaya qarşı keçirəcək. Milli ilk görüşündə İrlandiyaya 0:16 hesabı ilə uduzub.







