Millimizdə yeni baş məşqçi
Akademik avarçəkmə üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Msport.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yığma ukraynalı Vladimir Morozova tapşırılıb. 70 yaşlı mütəxəssis Azərbaycana gəlməzdən əvvəl Ukrayna millisinə rəhbərlik edib. Bazada yaradılan şəraitdən razılıq bildirən Morozov qısa müddətdə komandanın hazırlığından məmnun qalıb: “Bu il bizim üçün çox vacibdir. Çünki yazda Yay Olimpiya Oyunlarına təsnifat yarışları olacaq. Şəraitimiz möhtəşəmdir. Bazamız Avropanın ən yaxşılarındandır. Məşqlərimizin uğurlu keçməsinə mane olacaq heç nə yoxdur”.
Qeyd edək ki, Ukrayna idmançıları Vladimir Morozovun rəhbərliyi altında London-2012 Yay Olimpiya Oyunlarında 4 qızıl medal qazanıblar.