featured-image-20783

Milli komandamıza dəvət alan Ayaz Quliyev Rusiyanın “Ximki” klubunun hazırlığında baş məşqçi Spartak Qoqniyevlə dalaşıb.

Msport.az xəbər verir ki, Sport-Eskpress”ə istinadən xəbər verir ki, hadisə Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışı zamanı baş verib.

Məşqçinin çoxsaylı iradlarından sonra futbolçu ona kəskin formada cavab qaytarıb. 27 yaşlı yarlmmüdafiçi baş məşqçini təkbətək söhbətə çağırıb.

Tərəfləri futbolçular və komandanın digər işçiləri sakitləşdiriblər.

Xatırladaq ki, Quliyev bu yaxınlarda verdiyi müsahibədə Azərbaycan millisində oynaya biləcəyini demişdi.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər