featured-image-26071

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, millimiz ikinci oyununu qrup matçlarına ev sahibliyi edən Bosniya və Herseqovinaya qarşı keçirib.

Bakı vaxtı ilə saat 17:00-da başlayan oyunu Rumıniyadan olan hakim idarə ediblər. Matç meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, komandamız ilk turda Qazaxıstana 2:0 hesabıyla qalib gəlmişdi.

AÇ-2023-ün seçmə mərhələsi
B Liqası, 2-ci qrup

25 mart

Bosniya və Herseqovina – Azərbaycan 2:0
Baş hakim: Ana Mariya Alexandra Tertelak (Rumıniya).
Etno Selo Stanişiçi stadionu (Biyelina).

Bənzər xəbərlər