Millimizin Estoniya oyununun hakimləri açıqlandı
Azərbaycan və Estoniya milli komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu üçün təyinatlar açıqlanıb.
Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşmanı Çexiyalı Andrey Berka idarə edəcək.
Ona laysmanlar İvo Nadvornik və Kamil Hayek kömək edəcək. Dördüncü hakim funksiyasını Dalibor Çerni yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 17-də “Dalğa Arena”da baş tutacaq Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.