featured-image-57066

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Msport.az xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
S.
Ad/Soyad
Klub
1
Nicat Mehbalıyev
Sabah
2
Rza Cəfərov
Neftçi
3
Aydın Bayramov
Zirə
4
Abbas Hüseynov
Qarabağ
5
Amin Seydiyev
Sabah
6
Rahil Məmmədov
Radomiak Radom, Polşa
7
Bəhlul Mustafazadə
Qarabağ
8
Zamiq Əliyev
Eqnatia, Albaniya
9
Bədavi Hüseynov
Qarabağ
10
Anton Krivotsyuk
Daejeon Hana Siti, Cənubi Koreya
11
Elvin Cəfərquliyev
Qarabağ
12
Coşqun Diniyev
Bandırmaspor, Türkiyə
13
Aleksey İsayev
Qarabağ
14
Xəyal Nəcəfov
Turan Tovuz
15
Ceyhun Nuriyev
Zirə
16
Mustafa Əhmədzadə
Araz-Naxçıvan
17
Səbuhi Abdullazadə
Sumqayıt
18
Emin Mahmudov
Neftçi
19
Toral Bayramov
Qarabağ
20
Ozan Can Kökçü
HJK, Finlandiya
21
Rüstəm Əhmədzadə
Zirə
22
Ramil Şeydayev
Neftçi
23
Mahir Emreli
Nürnberq, Almaniya
24
Nəriman Axundzadə
Qarabağ
Millimiz noyabrın 11-də toplaşacaq və Qəbələdə hazırlıq keçəcək. Estoniya seçməsi ilə oyunöncəsi son məşq noyabrın 15-də, saat 11:30-da Qəbələ şəhər stadionunda baş tutacaq. Komanda matçdan bir gün sonra – noyabrın 17-də, saat 16:00-da İsveçin paytaxtı Stokholma yollanacaq. Baş məşqçi Fernandu Santuş futbolçuları noyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da “Strouberri Arena”da İsveç yığması ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz qarşılaşmanın ardından Bakıya qayıdacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.

Bənzər xəbərlər