Millimizin İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlandı
VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycanın futzal millisinin heyəti açıqlanıb.
Msport.az xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç 2-si qapıçı olmaqla ümumilikdə səfərə 14 futzalçı aparacaq.
Qapıçılar: Kamran Hacıyev (Neftçi İK), Cavad Məmmədov (Baku Fire);
Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (hər ikisi Neftçi İK), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (hamısı Araz-Naxçıvan), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (hamısı Baku Fire), Oqtay Mahmudzadə (U-19).
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də, 6-da və 8-də müvafiq olaraq Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.







