Millimizin meneceri Gürcüstana gedir
Avropa Voleybol Konfederasiyası (CEV ) Azərbaycan Voleybol Federasiyasının (AVF) əməkdaşına etimad göstərib.
Msport.az xəbər verir ki, çimərlik voleybolu üzrə milli komandanın meneceri Valeriya Romanoviç Gürcüstanın Tbilisi şəhərində keçiriləcək Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Kartvela kubokuna
supervayzer təyin olunub.
Qeyd edək ki, 3-6 avqustda tarixlərində baş tutacaq beynəlxalq turnirdə ölkəmiz həm qadın, həm də kişi voleybolçularla təmsil olunur.