Millimizin qapıçısı “İmişli”də! - RƏSMİ
“İmişli” heyətini Azərbaycan millisinin qapıçısı Yusif İmanovla gücləndirib.
Msport.az xəbər verir ki, bu barədə Premyer Liqa komandası məlumat yayıb.
23 yaşlı qolkiperlə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, karyerası ərzində “Sabah”, Kosovonun “Malişeva” klubu və “Kəpəz”in formasını geyinən Yusif müxtəlif yaş qrupları üzrə Azərbaycan millilərində çıxış edib, həmçinin A millinin şərəfini qoruyub.







