featured-image-20431

Futbol üzrə Estoniya millisi bu gün yoldaşlıq oyunu keçirib.

Msport.az xəbər verir ki, AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan bu komanda Portuqaliyadakı təlim-məşq toplanışı çərçivəsində Finlandiya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma estoniyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 84-cü dəqiqədə Martin Miller vurub.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələdə F qrupunda Estoniya ilə yanaşı, Belçika, Avstriya və İsveçlə də mübarizə aparacaq.

Bənzər xəbərlər