Millimizin üzvü Avropa Çempionatında finala yüksəldi
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan yığma komandasının üzvü Zöhrə Ağamirova top və halqa ilə hərəkətlərin icrasında finala vəsiqə qazanıb.
Msport.az xəbər verir ki, o, halqa ilə hərəkətlərdə 32.150, topla hərəkətlərdə isə 32.550 xal toplayıb və müvafiq olaraq, 6 və 5-ci yerləri tutub.
Millimizin digər üzvü İlona Zeynalova halqa ilə hərəkətlərdə hakimlərdən 23.900 xal alaraq 59-cu olub. Gimnast topla hərəkətlərdə isə 27.300 xal toplayıb və yekunda 35-ci yeri tutub.
Xatırladaq ki, ilk gündə Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası 2 bürünc medal qazanmışdı.