featured-image-29008

“Tecon Xana Sitizen”də çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreya çempionatında IX turun oyunçusu seçilib.

Msport.az xəbər verir ki, 25 yaşlı müdafiəçi azarkeşlər arasında keçirilən səsvermədə bütün rəqiblərini qabaqlayıb.

Respondentlər “Çonbuk”la görüşdə (2:1) komandasının ilk qoluna imza atan futbolçunu turun ən yaxşısı adına layiq görüblər.

Qeyd edək ki, Anton Krivotsyuk bu ilin fevralından “Tecon Xana Sitizen”in formasını geyinir.

CAHİD

Bənzər xəbərlər