featured-image-32830
21 yaşlılardan ibarət Azərbaycan milli komandasının qapıçısı Eldar Tağızadə Fransanın “Klermon” klubundan ayrılıb.
Msport.az xəbər verir ki, gənc futbolçu bu barədə sosial şəbəkədə paylaşım edib:
“Vidalaşmağın vaxtıdır. “Klermon”a təşəkkür etmək istəyərdim. Mənə klubda oynamaq imkanı verdiyiniz üçün, eləcə də, burada öyrəndiklərim üçün sizə təşəkkür edirəm. “Klermon”da keçirdiyim vaxtdan çox həzz aldım və komandanın heyətində keçirdiyim oyunlar, vaxtlarla bağlı xoş xatirələrim oldu.
Bu müddətdə mənə verdiyiniz dəstəyə görə minnətdaram. Çox şey öyrəndim. İnkişaf etməyimə kömək edən bütün insanlara da təşəkkürümü bildirirəm. Kluba və onun tərəfdarlarına gələcəkdə uğurlar arzulayıram”.
Qeyd edək ki, Eldar AFFA İcraiyyə Komitəsinin üzvü Elxan Tağızadənin oğludur.
media-358366842_693545846120708_3407387265195568430_n

Bənzər xəbərlər