featured-image-15597

Voleybol üzrə Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya Super Kubokunu qazanıb.

Msport.az xəbər verir ki, 27 yaşlı oyunçu buna “CSM Lugoj” klubu ilə nail olub.

Komanda final matçında “CSO Voluntari”ni 3:0 (25:21, 25:23, 25:22) hesabı ilə üstələyib.

Xatırladaq ki, Yelizaveta Ruban hazırkı klubunda ilk dəfə titul əldə edib.

Bənzər xəbərlər