featured-image-26856

Azərbaycan Premyer Liqasının XXVIII turunun “Sabah” – “Qəbələ” oyunundan (3:2) sonra qonaq komandanın komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Msport.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Yaxşı və maraqlı oyun oldu. Hər iki komanda açıq futbol nümayiş etdirdi. Komandam layiqli mübarizə apardı. Qələbə üçün hər şeyi etdik. Rəqibin təzyiqindən sonra müdafiədə boşluqlar verdik.

– “Zirə”nin xal itirdiyi turda siz də uduzduz… 
– Komandama inanıram, sona kimi mübarizə aparıracağıq.

– Əvəzetmənin gecikməsindən sonra narazılıq bildirdiz… 
– Əvəzetməni hazırlayırıq. Üç dəqiqə çəkdi. Nələrisə hakimin üzərinə atmaq istəmirəm.

– Milli komandanın məşqçisi Arif Əsədov müsahibəsində futbolçuların fiziki durumunun yaxşı olmadığını deyib. Buna münasibətiniz nədir? 
– “Qəbələ” sona qədər ritmi saxlayır. Əfsuslar olsun ki, bizim futbolçulardan dəvət alan azdır. Millinin məğlubiyyəti fərdi səhvlərə görə oldu, fiziki durumla bağlı deyil.(futbolpress)

Bənzər xəbərlər