Millinin sabiq futbolçusu məhkəmə qarşısına çıxır
İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş fevralın 5-də məhkəmə qarşısına çıxacaq.
Msport.az xəbər verir ki, proses Bakı vaxtı saat 13:00-da başlanacaq.
Prokurorlar keçmiş cinah müdafiəçisi üçün 9 il həbs cəzası istəyirlər.
Bundan əlavə, Alveşin zərərçəkənə 150 min avro təzminat ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, o, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.