“Mingəçevir”in futbolçusuna 4 oyunluq cəza
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Msport.az xəbər verir ki, iclasda I Divizionun XVII turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qaradağ Lökbatan” – “Neftçi-2” oyununda meydança sulanmadığına görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.
“Neftçi-2” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
“Zirə-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
“Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir”in futbolçusu Elsevər Bəkirzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb və klub 320 manat cərimə edilib.
“Zaqatala”nın nümayəndəsi iclasa gəlmədiyinə görə klub 80 manat cərimə edilib.