featured-image-11293

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 2022/2023-cü illər mövsümünün ilk turuna yekun vurulub.

Msport.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

“Mingəçevir” doğma meydanda “Neftçi”nin əvəzedicilərinə böyük hesabla qalib gəlib. “Qaradağ Lökbatan” isə “Səbail”in ikinci komandası ilə oyunda minimal hesabla məğlub olub. “Qəbələ”nin əvəzediciləri də evdə “İmişli” üzərində inamlı qələbəyə sevinib.

I Divizion
1-ci tur

25 avqust

Mingəçevir – Neftçi-2 4:1
Qol: Sahil Həsənov, 26; 31; 56. Ruslan Voronsov, 49 – Vüsal Əsgərov, 68-pen.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Zakir Şükürzadə, Şamil İmanzadə
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30

Qaradağ Lökbatan – Səbail-2 0:1
Qol: Balamirzə Soltanov, 60.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Əli Əliyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30

Qəbələ-2 – İmişli 2:0
Qol: Əli Mürsəlov, 39. Elmir Hüseynli, 50.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:30

İlk oyun günündə qeydə alınan nəticələr:

Turan Tovuz-2 – Şamaxı-2 1:0
MOİK – Zaqatala 2:0
Araz Naxçıvan – Qarabağ-2 5:1
Zirə-2 – Kəpəz-2 2:2

Bənzər xəbərlər