featured-image-29108

Bu gün Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasının açılış mərasimi keçirilməliydi.

Msport.az xəbər verir ki, tədbir saat 11.00-a planlaşdırılsa da, güclü yağış səbəbindən açılış mərasiminin vaxtı dəyişdirilib.

Xatırladaq ki, “Prezident Kuboku-2023” reqatasına 20 ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı mükafatlar uğrunda mübarizə aparacaq.

Onu da qeyd edək ki, “Prezident Kuboku” reqatası bu il ilk dəfə olaraq Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib

Bənzər xəbərlər