featured-image-10965

Luka Modriç İspaniyanın “Real” klubunda meydana ən çox çıxan 4-cü əcnəbi futbolçu olub.

Msport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi buna “Selta”ya 4:1 hesabı ilə qalib gəldikləri La Liqanın 2-ci tur oyununda yiyələnib.

Madrid təmsilçisindəki matçların sayını 439-a çatdıran xorvatiyalı oyunçu hazırda İngiltərə “Mançester Yunayted”ində çıxış edən Kristiano Ronaldonu (438) geridə qoyub.

Madrid təmsilçisinin hücumçusu Kərim Benzema 608 qarşılaşma ilə siyahıya başçılıq edir. İlk “3-lük”də Marselo (546) və Roberto Karlos (527) qərarlaşıb.

Modriç 2012-ci ildən “Real”da çıxış edir. Ronaldo isə 2009-2018-ci illər aralığında paytaxt klubunun formasını geyinib.

Bənzər xəbərlər