featured-image-16955

Futbol üzrə Moldova və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri bəlli olub.

Msport.az xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Baş hakim Denis Şurmana Aleksandr Jukov və Viktor Nijnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını moldovalı Roman Jitari yerinə yetirəcək.

Noyabrın 16-da keçiriləcək bu qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Bənzər xəbərlər