featured-image-35077

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Msport.az xəbər verir ki, komanda moldovalı qapıçı ilə anlaşıb. Kristian Avram qarşıdakı 1 il ərzində “ağ-qırmızılar”ın qapısını qoruyacaq.

Moldova millisinin də üzvü olan 29 yaşlı qolkiperin son klubu vətənində “Petrokub” olub. Buna qədər o, Rumıniyanın “Buzau”, Moldovanın “Dinamo -Auto”, “Daçia” komandalarında çıxış edib

Qeyd edək ki, komanda buna qədər Nuno Miguel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed Kadiri, İsmail Azzaoui, Elvis Maşike, İqor Ribeiro, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayev, Zamiq Əliyevlə müqavilə imzalayıb.

Bənzər xəbərlər