featured-image-28506

Formula -1 üzrə Monako Qran-prisi baş tutmaya bilər. Msport.az xəbər verir ki, bu Fransadakı tətillərlə bağlıdır.

Yaxın vaxtlarda elektrik enerjisinin verilməsi dayandırıla bilər.

Etirazlara səbəb Fransada pensiya yaşnın 62-dən 64-ə artırılmasıdır. Həm də bundan sonra yalnız 43 il işləyənlər tam müavinət ala biləcəklər.

Bununla əlaqədar ölkədə çoxsaylı etiraz aksiyaları keçirilir.

Fransa prezidenti Emanuel Makron vəziyyətin düzəlməsi üçün vətəndaşlardan 100 gün vaxt istəyib. Həmkarlar təşkilatları isə 100 gün ərzində aksiyaların davam edəcəyini bildiriblər.

Həmkarlar təşkilatları “Rolan Qarros” tennis turnirinirdə və Monako Qran-prisi zamanı elektrik enerjisinin kəsilməsi ilə hədələyiblər.

Monako Qran-prisinin mayın 26-dan 28-ə kimi keçirilməsi planlaşdırılır.

ANAR

 

Bənzər xəbərlər