featured-image-26515

“Turan Tovuz”un futbolçusu Denis Marandiçi yeni müqavilə imzalaması ilə bağlı təəssüratlarını bölüşüb.

Msport.az xəbər verir ki, moldovalı yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“İlk növbədə mənə göstərilən etimada görə klub rəhbərliyinə və məşqçilər heyətinə təşəkkürümü bildirirəm. Bizi daim dəstəkləyən azarkeşlərimizə də minnətdaram. Hər zaman onların dəstəyini yaxından hiss edirik və bu bizim üçün çox vacibdir. Böyük qürur və sevinc hissləri ilə müqavilə müddətimi uzatdım. Motivasiyam daha da artdı. Məqsədlərimizə çatmaq üçün çox çalışacağıq”.

Qeyd edək ki, Marandiçi ilə 1+1 illik yeni sözləşmə imzalanıb.

 

Bənzər xəbərlər