featured-image-74437

“Benfika”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunda qapıçı Anatoli Trubinin 90+8-ci dəqiqədə vurduğu həlledici qola kobud reaksiyaya görə “Real”ın baş məşqçisi Alvaro Arbeloadan üzr istəyib.

Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə ESPN-ə açıqlamasında belə deyib.

“Qolu o şəkildə qeyd etdiyimə görə üzr istəyirəm. Alvaro futbol adamıdır: o başa düşür ki, belə anlarda “Real”ı, qarşınızda oturan məşqçini və oyunu izləyən klub rəsmilərini unudursunuz. Elə orada hamıdan üzr istədim”.

Qeyd edək ki, ukraynalı qapıçının tarixi qolundan sonra Mourinyo qol sevincini “Real Madrid”in ehtiyat oyunçular skamyasının qarşısında çılğınca qeyd edib. 4:2 hesablı qələbə “Benfika”nı Çempionlar Liqasının turnir cədvəlində 9 xalla 24-cü yerə yüksəldib. “Qartallar” sonuncu yerdə qərarlaşaraq pley-offa vəsiqə qazanıb.

Bənzər xəbərlər