Mourinyoya millidən təklif
Portuqaliya millisinin yeni baş məşqçisi “Benfika”nın çalışdırıcısı Joze Mourinyo ola bilər.
Msport.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası hazırda millini çalışdıran Roberto Martinesin müqaviləsi başa çatdıqdan sonra Joze Mourinyoya təklif göndərməyi planlaşdırır.
Roberto Martinesin Portuqaliya millisi ilə müqaviləsi 31 iyul 2026-cı ilə qədər qüvvədədir. 63 yaşlı Joze Mourinyonun klubla müqaviləsi isə 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.
Roberto Martinesin rəhbərliyi altında Portuqaliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində uğurlu çıxış edib. Komanda F qrupunda 6 oyunda 13 xal toplayaraq birinci yeri tutub.
Qeyd edək ki, Portuqaliya millisi ardıcıl 7-ci dəfə dünya çempionatına vəsiqə qazanıb. 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.







