featured-image-29099

Murad Musayev “Qəbələ”nin heyətində 100-cü oyununu keçirib.

Msport.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin yubiley matçı “Səbail”lə evdə keçirilən görüşə təsadüf edib – 4:2.

Mərkəz müdafiəçisi 100 oyunda 3 qol vurub.

Musayev “Qəbələ”də 2012-ci il avqustun 10-da Premyer Liqada “İnter”lə qarşılaşmada (1:0) debüt edib.

Musayev ölkə çempionatlarında 87, kubokda 12, avrokuboklarda isə 1 matçda forma geyinib.

Müdafiəçi 100 və daha çox oyun keçirən 13-cü futbolçu kimi “Qəbələ”nin tarixinə düşüb.

Bu gostəricidə rekord Ürfan Abbasova məxsusdur. O, “Qəbələ”də 263 oyun keçirib.

Bənzər xəbərlər