featured-image-28977

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı “Formula 1” pilotu, “Red Bull” komandasının üzvü Maks Ferstappenlə görüşüb.

Msport.az xəbər verir ki, gənc futbolç bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, Ferstappenlə fotosunu paylaşaraq “çempionla görüşmək və söhbət etmək gözəl idi” yazıb.

Qeyd edək ki, niderlandlı pilot “Formula 1” yarışlarında iki dəfə dünya çempionu adını qazanıb.

media-musa

Bənzər xəbərlər