featured-image-33328

“Yurqorden”in yeni transferi Musa Qurbanlının “Malmö” ilə çempionat oyununda debüt etməsi İsveç Miqrasiya İdarəsinin qərarından asılıdır.

Msport.az-ın məlumatına görə, bu barədə Stokholm təmsilçisinin idman direktoru Maqnus Andersson yerli mətbuata açıqlama verib.

Klub rəsmisi bildirib ki, onlar öz tərəflərindən bütün lazımi işləri görüblər: “Ümid edirik ki, sənədləri qaydasında olacaq və Musa həmin oyunda meydana çıxa biləcək”.

Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə bağlayıb.

Bənzər xəbərlər