featured-image-37121

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı çıxış etdiyi İsveçin “Yurqorden” klubunun düşərgəsinə qayıdıb.

Msport.az xəbər verir ki, bu barədə Stokholm təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 21 yaşlı hücumçu Belçika və İordaniya ilə matçlardan sonra geri dönüb.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində Belçikaya 0:1 hesabı ilə uduzan Azərbaycan millisi yoldaşlıq matçında İordaniyaya qalib gəlib – 2:1. Musa Qurbanlı bu matçların heç birində fərqlənməyib.

Bənzər xəbərlər