featured-image-17084

“İndiki halda ərizəni protokol xətrinə vermişik. Çünki büdcəmiz yüksək liqada iştiraka imkan vermir. Amma infrastruktur baxımından bəlkə də Premyer Liqada oynamağı ən çox haqq edən komandayıq”.

Bunu Msport.az saytına açıqlamasında “Zaqatala” klubunun prezidenti Musa Qurbanov Premyer Liqada iştirakla bağlı AFAA Lisenziyalaşdırma Komissiyasına müraciət etmələri barədə danışarkən deyib.

Funksioner bildirib ki, AFFA-nın qoyduğu şərtlərə gəlincə, hər şey milli assosiasiyanın öz əlindədir: “Çünki bizim maliyyə dəstəyimiz ordandır. Maliyyəni əsirgəməyib, bizi də elitada görmək istəsələr, heç bir problem yoxdur. İnanmıram ki, I Divizionda AFFA-nın müəyyənləşdirdiyi tələblərə tam cavab verən klub olsun. Bu gün Premyer Liqada oynayan Kəpəz” və “Turan Tovuz”a maliyyə dəstəyi haradan gəlir? AFFA-dan. Federasiya bu mövsüm yüksək dəstədə Gəncə və Tovuz təmsilçisinin olmasını istədi. Sabah “Zaqatala”nın olmasını istəsə, biz olacağıq. Hər şey AFFA-nın istəyindən asılıdır”.

Bənzər xəbərlər