featured-image-33502

“Yurqorden” klubuna transfer olunan Musa Qurbanlı bu gün də yeni komandasının heyətində debüt etməyə bilər.

Msport.az xəbər verir ki, millimizin hücumçusunun ölkə çempionatının XV turunda “Malmö” ilə keçiriləcək oyunda iştirakı sual altındadır.

21 yaşlı futbolçunun işçi vizasını hələ də hazır olmayıb.

Musa ilə yanaşı, digər yeni transfer Feliks Va bu gün keçiriləcək matçın iştirak ərizəsinə salınsalar da, hər ikisi işçi icazəsini gözləyir. Sənədlər gün ərzində çatdırılmasa, onlar qarşılaşmanın heyətindən çıxarılacaqlar.

Qeyd edək ki, “Yurqorden” – “Malmö” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bənzər xəbərlər