featured-image-33233

“Neftçi”nin yeni baş məşqçisi Adrina Mutunun komandaya cəlb etmək istədiyi ilk futbolçu bəlli olub.

Msport.az “Prosport.ro” istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis rəhbərlikdən Rumıniya CFR-ində çıxış edən Yuri Matiasın transfer olunmasını istəyib.

“Ağ-qaralar”ın bunun üçün danışıqlara başladığı bildirilir. “Neftçi”dən başqa Mutunun sabiq klubu “Rapid” də 28 yaşlı braziliyalı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır.

CFR-in onun üçün 500 min avro istədiyi iddia olunur.

Qeyd edək ki, Matias “Qaz Metan” (Rumıniya), “Traktor” (İran), “Akademika” (Portuqaliya) klublarında da çıxış edib.

“Ağ-qaralar” Voislav Stankoviçlə vidalaşdığından mərkəz müdafiəçisi mövqeyinə futbolçu axtarırlar.

 

Bənzər xəbərlər