featured-image-33208

“Mutunun çempionatın başlamasına bir həftə qalmış getməsi utancvericidir”.

Msport.az-ın məlumatına görə, bunu Rumıniya “Rapid”inin sabiq prezidenti Qriqore Sikitiu yerli mətbuata açıqlamasında Adrian Mutunun “Neftçi”yə keçidi barədə danışarkən deyib.

Keçmiş funksioner bildirib ki, bu işdə 44 yaşlı mütəxəssisin xanımı Sandro Mutunun əli var: “Rapid” ona qeyri-adi şans verdi. Çempionat bitdikdən sonra ayrılsaydı, problem olmazdı. Amma sən transferlər edirsən, sonra isə çıxıb gedirsən. “Çelsi” və ya “Fiorentina”ya getsəydi, heç kim heç nə deməzdi. Amma bir neçə yüz min avroya “Neftçi”yə getməyə dəyməzdi. Mən əvvəl belə şeyə rast gəlməmişəm. Bu, kişi yox, qadın hərəkətidir”.

Qeyd edək ki, Adrian Mutu “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər