featured-image-10243

“Sabah”ın yeni transferi Namik Ələskərov Azərbaycan Premyer Liqasının II turu çərçivəsində “Zirə” ilə oyunda (3:1) zədə alıb.

 

Msport.az xəbər verir ki, komandasının 3-cü qolunu vuran 27 yaşlı hücumçu matçın sonlarında ön əzələlərdən zələnib. Paytaxt klubunun baş məşqçisi Murad Musayevin sözlərinə görə, futbolçu sabah MRT-dən keçdikdən sonra dəqiq diaqnoz qoymaq olacaq.

Qeyd edək ki, “Sabah” növbəti oyununu avqustun 20-də öz meydanında “Neftçi”yə qarşı keçirəcək.

Bənzər xəbərlər