featured-image-3508

Millimizin üzvü Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” Türkiyə 1-ci liqasında 37-ci tur oyununa çıxıb.

Msport.az xəbər verir ki, Bursa klubu səfərdə “Bandirmaspor”a 2:4 hesabı ilə məğlub olub. Namik start heyətində meydana çıxıb və hesabda 2:3 geridə olduqları vaxt – 63-cü dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra 41 xalda qalan “Bursaspor”un mövsümün başa çatmasına 1 tur qalmış 1-ci liqanı tərk edəcəyi dəqiqləşib. Komanda 41 xalla 16-cı pillədə qərarlaşıb. “Badirmaspor” isə 61 xalla 3-cü pilləyə yüksəlib.

Beləliklə, “Bursaspor” növbəti mövsüm 2-ci liqada mübarizə aparacaq.

Bənzər xəbərlər