Avropa Liqası: “Nant” - “Qarabağ” matçı 6-cı oldu
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı bəlli olub.
Msport.az xəbər verir ki, 16 matçda ümümumilikdə 375000-dən çox tamaşaçı iştirak edib.
Fransada “Nant” və “Qarabağ” komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması 6-cı sırada yer alıb. Matçı 30927 tərəfdar izləyib.
Həftənin ən çox azarkeşin izlədiyi matçı isə “Mançester Yunayted” – “Şerif” qarşılaşması olub – 37888.
Xatırladaq ki, “Qarabağ” rəqibinə 1:2 hesabı ilə uduzub.