“Napoli”nin kapitanı əməliyyat olunacaq
“Napoli”nin kapitanı Covanni Di Lorentso sıradan çıxıb.
Msport.az xəbər verir ki, təcrübəli müdafiəçi ağır zədələnib və əməliyyat olunacaq.
Futbolçu A Seriyasının XXIII turunda “Fiorentina” ilə matçın (2:1) 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edib.
Qeyd edək ki, Di Lorentso cari mövsüm İtaliya çempionatında komandasının bütün oyunlarında iştirak edib. O, bu görüşlərdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







